AMEA prezidenti: 5-10 ildən sonra alimlərdən Yerin 10-12 km dərinliyində neft yataqlarının tapılması tələb olunacaq


Digərləri 24 Yan 2018 16:00:00 246 0

AMEA prezidenti: 5-10 ildən sonra alimlərdən Yerin 10-12 km dərinliyində neft yataqlarının tapılması tələb olunacaq

Vaxt gələcək, 5-10 ildən sonra dövlət alimlərin, xüsusilə akademiklərin qarşısında Yerin 10-12 km dərinliyində neft yataqlarının tapılması üçün işlər aparmaq tələbi qoyacaq.

Bakı. İlhamə İsabalayeva - Vaxt gələcək, 5-10 ildən sonra dövlət alimlərin, xüsusilə akademiklərin qarşısında Yerin 10-12 km dərinliyində neft yataqlarının tapılması üçün işlər aparmaq tələbi qoyacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı bildirib. A.Əlizadə qeyd edib ki, Yerin dərinliyində neft tapmaq imkanları məhduddur: "Amma BP şirkətinin Meksika körfəzində 10 km dərinlikdə neft yatağı tapması onu göstərdi ki, bu fikirlər yanlışdır. Buna görə də bizim dərinliklərdə neft axtara biləcəyimiz barədə proqnozlar verməyə əsasımız var". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin