"31 milyondan imtina edən arvadıma minnətdaram" FOTO


Digərləri 24 Yan 2018 15:27:00 402 0

"31 milyondan imtina edən arvadıma minnətdaram"  FOTO

Əfsuslar olsun ki, bu ildə xanımımla boşanası oldum. Çox çətin il oldu. Lakin xanımıma, 31 milyon funt-sterlinqdən imtina edən bu gözəl, mərd və qətiyyətli qadına minnətdaram. Məni ölməyə qoymadığı üçün.

Britaniyanın ən məşhur teleaparıcılarından olan Entoni MakPartlin belə deyib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, dünən Londondakı O2 arenasında Britaniyada televiziya sahəsində ən nüfuzlu ödül sayılan "National Television Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Ən yaxşı teleaparıcı" nominasiyasında "Ant and Dec" kimi tanınan Entoni MakPartlin və Deklane Donelli "Ən yaxşı məcəra şousu"da da bütün rəqibləri üstələyiblər.

42 yaşlı Entoni MakPartlinin səhnədəki çıxışı yetərincə emosional idi.

Xanımı Elizabet Armstronqla boşanan və bu barədə yanvarın 13-də açıqlama yayan Entoni MakPartlinin dediyinə görə, təzminat qismində artıq sabiq arvadına 31 milyon funt-sterlinq ödəməyə hazırdır.

Fəqət, Elizabet bu pullardan imtina edib.