Afrin əməliyyatları daha 2 türk əsgərini yaraladı


Digərləri 24 Yan 2018 15:13:00 230 0

Afrin əməliyyatları daha 2 türk əsgərini yaraladı

Türkiyənin Afrində keçirdiyi əməliyyatlar zamanı daha 2 hərbçisi yaralanıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Afrində keçirdiyi əməliyyatlar zamanı daha 2 hərbçisi yaralanıb. Trend-in məlumatına görə, yaralıların Suriya ilə sərhəddə Hatay vilayətində xəstəxanaya yerləşdirildiyi bildirilib. Yaralıların vəziyyəti barədə məlumat verilməyib. Xatırladaq ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifəti "Zeytun budağı" hərbi əməliyyatının ilk 4 günü ərzində 7-8 nəfər, düşmən isə 268 nəfər itki verib.