Ərdoğan 3 milyondan çox suriyalı qaçqını qaytarır


Dünya 24 Yan 2018 15:09:00 272 0

Ərdoğan 3 milyondan çox suriyalı qaçqını qaytarır

Türkiyə sayı 3 milyonu keçən suriyalı qaçqınları geri göndərəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyəli lider onların qaytarılacağı yeri də açıqlayıb. Belə ki, R.T.Ərdoğan vurğulayıb: "Qaçqınları Suriyada terrorçulardan təmizlənmiş ərazilərə qaytaracağıq".

Türkiyə prezidenti daha sonra qeyd edib: "Türkiyə Suriyanı işğal etmir, əksinə terrorçulardan azad edir".