AŞ PA sessiyasında "Qarabağ"dan danışdılar: Klub erməni işğalı səbəbindən rəqiblərini Ağdamda qəbul edə bilmir


Digərləri 24 Yan 2018 15:07:00 326 0

AŞ PA sessiyasında "Qarabağ"dan danışdılar: Klub erməni işğalı səbəbindən rəqiblərini Ağdamda qəbul edə bilmir

"Qarabağ" futbol klubu İngiltərə, İspaniya və İtaliyadan olan rəqiblərini doğma meydanında qəbul edə bilmədi.

Bakı. Əli Mustafayev - Azərbaycanı, o cümlədən Ağdam şəhərini təmsil edən "Qarabağ" futbol klubu İngiltərə, İspaniya və İtaliyadan olan rəqiblərini doğma meydanında qəbul edə bilmədi. Buna səbəb Ağdamın hələ də erməni silahlılarının işğalı altına qalmasıdır. Trend-in məlumatına görə, bunu AŞ PA-nın qış sessiyasında Milli Məclisin deputatı Rövşən Rzayev deyib. R.Rzayev qeyd edib ki, futbol Azərbaycanda ən populyar idman növüdür: "Qarabağ" Azərbaycan tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi. Komanda turnirdə ləyaqətlə mübarizə apardı". Millət vəkili ümid etdiyini bildirib ki, "Qarabağ" gələcəkdə daha böyük qələbələr qazanacaq və rəqiblərini doğma şəhərində qəbul edə biləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin