Aprelə az qaldı - Növbəti "Formula 1" ilə bağlı işlər nə yerdədir?


Digərləri 24 Yan 2018 14:54:08 283 0

Aprelə az qaldı - Növbəti "Formula 1" ilə bağlı işlər nə yerdədir?

“2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışları uğurla davam edir və deyə bilərəm ki, növbəti yarışmaya maraq daha böyükdür".

Bakı. Elçin Mehdiyev – “2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq "Formula 1" Azərbaycan Qran Prisi üçün bilet satışları uğurla davam edir və deyə bilərəm ki, növbəti yarışmaya maraq daha böyükdür". Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, keçən illə müqayisədə biletlərin satışında artım var, əvvəlki kimi Rusiyadan, Avropa ölkələrindən biletlər çox alınır: “Keçən ilin uğurlu yarışından sonra maraq daha da çoxalıb. Hazırki nəticələrlə razıyıq”.