İsveçrə Trampa "Xoş gəlmədin!" dedi VİDEO FOTO


Digərləri 24 Yan 2018 14:48:25 251 0

İsveçrə Trampa "Xoş gəlmədin!" dedi  VİDEO  FOTO

İsveçrənin Sürix şəhərində minlərlə insan küçələrə çıxaraq ABŞ prezidenti Donald Trampın Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna qatılmasına etiraz ediblər.

Son.az SRF-yə istinadən bildirir ki, 48-ci Davos Forumunda 100 ölkənin dövlət və hökumət başçıları beynəlxalq gündəmdə olan məsələləri müzakirə edirlər.

Donald Trampın da foruma qatılması gözlənilməz olub.

Sürix küçələrinə "Trump not welcome" şüarları ilə çıxmış aksiya iştirakçılarına polis maneələr yaratmayıb.

Davos Forumunun özünə qarşı isə İsveçrənin Lozanna, Cenevrə, Nevşatel, Fribur və Bellinson şəhərlərində etiraz aksiyaları keçirilib.


Xəbərə aid fotolar