Sahibkarları daha çox hansı məsələlər narahat edir? - Sorğunun CAVABI


Digərləri 24 Yan 2018 14:33:00 260 0

Sahibkarları daha çox hansı məsələlər narahat edir? - Sorğunun CAVABI

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin, o cümlədən iş adamlarının Komitənin fəaliyyətinə münasibətini öyrənmək məqsədi ilə “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən keçirilmiş rəy sorğusunun nəticələri açıqlanıb.

Bakı. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin, o cümlədən iş adamlarının Komitənin fəaliyyətinə münasibətini öyrənmək məqsədi ilə “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən keçirilmiş rəy sorğusunun nəticələri açıqlanıb. Trend-in məlumatına görə, bu gün keçirilən mətbuat konfransında “ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova Komitə tərəfindən sahibkarlara göstərilən xidmətlərin səviyyəsinin öyrənilməsi ilə bağlı aparılmış sorğunun nəticələrini açıqlayıb. Bildirilib ki, sorğu son 5 il ərzində Komitəyə sənədlərin alınması üçün müraciət edənlər arasında aparılıb və 103 sahibkarlıq subyektini əhatə edib. Rəyi soruşulanların 93,2%-i son 5 ildə sahibkarlıq fəaliyyətini icra etmək üçün tələb olunan sənədlərin alınması üçün Komitəyə müraciət edənlərdir. Onlar texniki şərtlərin dövlət qeydiyyatına alınması (2,4%), ölçmə vasitələrinin tipinin təsdiq edilməsi (9,0%), lisenziya tələb olunan fəaliyyət sahələrinə rəylərin verilməsi (7,3%), əmtəə nişanı və coğrafi göstəricilərin qeydiyyata alınması (18,4%), ölçmə vasitələrinin kalibrlənməsi (9,5%), məhsullara uyğunluq sertifikatlarının verilməsi (23,2%), məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması (11,3%), uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası (18,9%) kimi xidmətlərindən istifadə ediblər. Bildirilib ki, Komitəyə müraciət etdikləri zaman Komitə əməkdaşları tərəfindən etik davranış qaydalarına əməl edilməsinə dair sualı cavablandıran respondentlərin hamısı (100%) bu qaydalara riayət edildiyini, müraciətin ilk anından sənədin qəbuluna qədər bu qurumda diqqət və səmimi yanaşma ilə rastlaşdıqlarını qeyd ediblər. SMPDK xidmətlərindən istifadə üçün müraciət edərkən komitə əməkdaşlarının fəaliyyətini 5 ballıq şkala ilə qiymətləndirən respondentlər onların etik davranış normalarına əməl etmələrinə 5 bal, peşəkarlığlarına 4,7 bal, obyektivliklərinə 4,8 bal, operativliklərinə isə 4,6 bal veriblər. Maraqlıdır ki, operativliyi qiymətləndirən respondentlər bu günə mövcud olan təşkilatı məqamları nəzərdə tutublar. Belə ki, SMPDK-nın müxtəlif xidmətlərinə müraciət edənlər ilkin müraciəti Ümumi şöbəyə deyil, birbaşa müvafiq xidmətə yönlədirməyin daha səmərəli olduğunu bildiriblər.