Misirdə prezidentliyə namizəd siyahıdan çıxarılıb, həbs olunub


Dünya 24 Yan 2018 14:18:21 293 0

Misirdə prezidentliyə namizəd siyahıdan çıxarılıb, həbs olunub

Komissya bunu Sami Ananın hərbi titul daşıması ilə əlaqələndirib

Misirdə prezidentliyə namizədliyini irəli sürmüş Sami Anan iddiaçıların siyahısından çıxarılaraq həbs edilib.

“Report” "Haberturk"ə istinadən xəbər verir ki, bu haqda Milli Seçki Komissiyası qərar qəbul edib.

Komissya bunu Sami Ananın hərbi titul daşıması ilə əlaqələndirib.

O, Hüsnü Mübarəkin prezidentliyi dövründə Misir Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. S.Anan namizədliyinin ləğv edilməsinə münasibət bildirərək deyib: “Bu, böyük cinayət və hüququn pozulmasıdır”.

Qeyd edək ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi qarşıdan gələn prezident seçkisində namizədliyini irəli sürəcək.

Ölkədə prezident seçkisinin birinci turu bu il martın 26-28-də, ikinci turu isə aprelin 24-26-da keçiriləcək. Namizədlər yanvarın 20-29-da ərizələrini təqdim etməlidirlər.

Əs-Sisi Misirə 2014-cü ildən rəhbərlik edir. O, bu postda devrilmiş və hazırda həbsdə olan Məhəmməd Mursini əvəz edib.