LökbatanGüzdək yolu yenidən qurulur FOTO


Digərləri 24 Yan 2018 14:13:00 225 0

LökbatanGüzdək yolu yenidən qurulur  FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyindən Son.az-a verilən məlumata görə, bu ilin ilk qəsələrarası avtomobil yolu layihəsi olaraq Lökbatan-Güzdək yolunun yenidən qurulması işlərinə başlanılıb. Yolun uzunluğu 9,1 km təşkil edir.

Lökbatan-Güzdək avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 7 m olmaqla, yol yatağının eni 12-13 m təşkil edəcək.

Artıq yolun 4,6 km-lik hissəsində yeni yol yatağı inşa olunub. Yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədi ilə kənardan xüsusi material gətirilərək yol yatağı ortalama 1 m hündürlüyə qaldırılıb. Hazırda sözügedən hissədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.

Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Asfaltlanma işləri yolun 60 min kv.m-dən çox sahəsində aparılacaq. Bundan başqa layihəyə uyğun olaraq 3 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü borular quraşdırılacaq və 1 ədəd mövcud 5 m uzunluğunda dörbucaqlı su keçidi əsaslı şəkildə bərpa olunacaq.


Xəbərə aid fotolar