Bakıda baldızını bıçaqlayan şəxsə hökm oxundu


Kriminal 24 Yan 2018 14:17:00 219 0

Bakıda baldızını bıçaqlayan şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Alim Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Ramella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Süleymanovun 6 il müddətinə azadlıqdan məhrum ediməsini istəyib.

O, məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində baş verib. 1956-cı il təvəllüdlü A.Süleymanov baldızı Yeganə İbrahimovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, A.Süleymanov arvadının digər bacısı Dürdanə İbrahimovanın həyat yoldaşı öləndən sonra onu siğə etdirmək istəyib. Daha sonra mübahisə zəminində A.Süleymanov Y.İbrahimovanı bıçaqlayıb.