Bakıda taksi sürücülərinə qənim kəsilən soyğunçular tutuldular FOTO


Kriminal 24 Yan 2018 13:45:00 245 0

Bakıda taksi sürücülərinə qənim kəsilən soyğunçular tutuldular  FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən taksi sürücülərinin mobil telefonlarını açıq talama, yəni soyğunçuluq yolu ilə ələ keçirən şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, Bakı şəhər sakini Kamil Nəcəfov Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, yanvarın 2-də iki nəfər tanımadığı şəxs onun taksi fəaliyyəti ilə məşğul olduğu "Mersedes" markalı nəqliyyat vasitəsinə müştəri kimi əyləşərək onları NZS qəsəbəsinə aparmağlarını xahiş ediblər. Deyilən ünvana çatanda isə avtomobilin salonunda olan sürücüyə məxsus dəyəri 445 manat olan "Samsung" markalı mobil telefon həmin şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Siyavuş Salmanov və Salyan rayon sakini İsa Quliyev saxlanılıb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların taksi fəaliyyəti ilə məşğul olan daha 6 sürücünün mobil telefonunu eyni üsulla ələ keçirdikləri məlum olub.


Xəbərə aid fotolar