Bakıda sevgilisini və onun atasını öldürən şəxsə ƏN AĞIR CƏZA


Kriminal 24 Yan 2018 13:23:00 283 0

Bakıda sevgilisini və onun atasını öldürən şəxsə ƏN AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında S.Hacıyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Son.az report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Məhkəmənin hökmü ilə S.Hacıyev ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar olunub.