1 tona yaxın xəstə at ətini mal əti adı altında satmaq istəyən şəxs tutulub


Digərləri 24 Yan 2018 13:29:02 271 1

1 tona yaxın xəstə at ətini mal əti adı altında satmaq istəyən şəxs tutulub

1 tona yaxın xəstə və yaşlı at ətini mal əti adı altında satmaq istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakı. 1 tona yaxın xəstə və yaşlı at ətini mal əti adı altında satmaq istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində rayon sakinləri Rudik Haqverdiyev və Mehdi Mehdiyev 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar. Aşkar edilən ətdən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ətlər xəstə və yaşlı at cəmdəklərinə məxsusdur. Həmçinin, isitifadəyə tam yararsız olmaqla bərabər, insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.