Gəncədə gecə klubunda 3 nəfərin bıçaqlandığı davaya görə saxlanılan 5 nəfərin adları açıqlandı


Kriminal 24 Yan 2018 13:11:00 302 0

Gəncədə gecə klubunda 3 nəfərin bıçaqlandığı davaya görə saxlanılan 5 nəfərin adları açıqlandı

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, yanvarın 22-nə keçən gecə Gəncə şəhəri ərazisindən 3 nəfərin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilənlərin  Şəmkir rayon sakinləri Orxan Rüstəmov, Orxan Rzazadə və Orxan Məmmədov olmaları müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Gəncə şəhər sakinləri Azər Məmmədov, Nicat Mustafayev, habelə hadisənin digər iştirakçıları İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.