Şeyxülislam: "Dünya bu yolla xilas ola bilər" FOTO


Digərləri 24 Yan 2018 12:53:00 279 0

Şeyxülislam: "Dünya bu yolla xilas ola bilər"  FOTO

Təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, İslamdaxili həmrəylik və müxtəlif dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər.

Mİlli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, bunu QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündə deyib.

A.Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə və mənəvi irsə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan QMİ-nin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb. QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, elan olunmuş "İslam Həmrəyliyi İli"nin yekunlaşması ilə bağlı dekabrın 21-də Bakıda "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilmiş beynəlxalq konfransın doğurduğu beynəlxalq rezonans barədə səfiri məlumatlandırıb.

Şeyxülislam xüsusi vurğulayıb ki, narahat dünyamızda mövcud təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, İslamdaxili həmrəylik və müxtəlif dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər.

QMİ sədri bildirib ki, Bakı Beynəlxalq Konfransının iştirakçıları müasir dünyada mövcud olan problem və çağırışları nəzərə alaraq, dinlər və mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsini zəruri sayaraq, bu prosesin davamlılığını təmin etmək məramı ilə "Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq" Mərkəzi yaradılması barədə qərara gəldilər.


Xəbərə aid fotolar