"Cavanşir gəlin imiş"


Şou-biznes 24 Yan 2018 12:55:00 308 0

"Cavanşir gəlin imiş"

ARB Ulduz-un "Virtual həyat" proqramında bu dəfə məşhurların başlarına gələn ən maraqlı hadisələrdən söz açılıb. Son.az xəbər verir ki, yaşam tərzlərini toylara həsr edən məşhurlar qatıldıqları məclislərdə ara-sıra qəribə və maraqlı hadisələrlə rastlaşırlar. Müğənnilərdən bir qismi həmin hadisələri, xatılamasa da və ya xatırlamaq istəməsə də, digər qismi olayları yadda saxladıqları kimi danışıb: Rahidə Baxışova: "Deməli, bir dəfə məni toya çağırıblar. Dedilər kişi məclisidir. Getdim. Böyük bir zal idi. Bəylə gəlini də görmək mümkün deyildi. Deyirəm ki, mən bəylə gəlini ürəkdən təbrik edirəm, xoşbəxt olasız, oğullu-qızlı olasız. Gəlib mənə deyirlər ki, böyük toy deyil ey, kiçik toydur. Dedim vay, biabır oldum". Müğənnilərin bir qismi isə qatıldıqları məclisdə onları təqdim edən zaman yaşanan yanlış anlamanı və düşdükləri gülməli durumu dilə gətiriblər: Niyam Salami: "Masabəyi səhv salıb. Onun qulağına deyiblər ki, Niyaməddin müəllim gəlib. Bir də gördüm ki, məni şadlıq sarayında elə tərifləyir ki. Təqdimatdan bildim ki, mən deyiləm. Məni Niyaməddin Musayev zənn etdilər, əl çaldılar. Çıxdım səhnəyə, gördüm ki, camaat gülür". Emil Bədəlov: "Toya yarım saatlıq dəvət olunduğum zaman qulağıma deyiblər ki, Cavanşiri təbrik et. Mən də elə bildim ki, Cavanşir bəydir. Cavanşir bəy, Cavanşir bəy, deyə tez-tez adını çəkirəm. Gördüm ki, məclisdəkilərin mənə qarşı reaksiyası pisdir. Sən demə, Cavanşir gəlin imiş". Digər müğənnilərin toylarla bağlı başlarına gələn maraqlı hadisələri bu bazar saat 13-də "Şou məkan" verilişində öyrənə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar