Vin Çun İdman Klubuna yeni vitse-prezident seçildi


İdman 24 Yan 2018 12:27:00 313 0

Vin Çun İdman Klubuna yeni vitse-prezident seçildi

Yanvarın 21-də Bakı şəhərində Vin Çun üzrə dərəcə imtahanı və Respublika seminarı keçirilmişdir. Goal.az xəbər verir ki, Azərbaycan Vin Çun Döyüş Sənəti İdman Klubunun rəhbəri, beynəlxalq Vin Çun assosiasiyasının ölkəmizdəki səlahiyyətli nümayəndəsi, Respublikanın əməkdar məşqçisi Usta Asif Sayadov və Pekin Şaolin-Uşu assosiasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi, Şaolin məbədində təlim keçmiş Usta Rauf Əliyev tərəfindən idmançılara Şərq döyüş növləri üzrə həm praktiki həm də nəzəri bilgilər öyrədilmişdir. Sonda dərəcə imtahanından müvəffəqiyyətlə keçən idmançılara sertifikatlar teqdim olunmuşdur. Ən maraqlı məqam isə Azərbaycan Vin Çun idman klubuna yeni vitse-prezidentin seçilməsi olmuşdur. Belə ki, Klubun “idarəetmə və hüquq məsələləri üzrə” Vitse Prezident vəzifəsinə Jalə xanım Əhmadova təyin olunmuşdur. Yeni seçilmiş vitse-prezident Jalə xanım öz çıxışı zamanı Klubun daha da inkişafı üçün göstərəcəyi xidmətlərindən və gələcək planlarından bəhs edib.

Vin Çun İdman klubu qısa müddətdə ciddi nailiyyətlər qazanmış klubdur. Onun nümayəndələri beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil edərək bayrağımızı yüksəldiblər. İdman klubunun rəhbəri Asif Sayadov gənc mütəxəsis olsa da, məşqçi kimi öz sözünü artıq deyib. Onun 11 tələbəsi Kunq-fu və Sanda üzrə dünya çempionudur. Asif müəllim 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Şərq döyüş növləri üzrə “Respublikanın Əməkdar Məşqçisi” fəxri adına, 2014 –cü ildə Dünya Döyüş Sənətləri Birliyi tərəfindən beynəlxalq dərəcəli Usta adına layiq görülüb.