Əfqanıstanda uşaqların hüquqlarını müdafiə təşkilatına hücum:


Dünya 24 Yan 2018 12:10:00 251 0

Əfqanıstanda uşaqların hüquqlarını müdafiə təşkilatına hücum:

Əfqanıstan Cəlalabada şəhərində "Save the Children" uşaqların hüquqlarını müdafiə edən beynəlxalq təşkilatın ofisinə silahlı hücum nəticəsində 11 nəfər xəsarət alıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.

İnformasiyaya əsasən, yanvarın 24-də səhər saatlarında terrorçu-kamikadze partlayıcı qurğunu ofisin yerləşdiyi həyətin qapısında partladıb. Partlayışdan sonra bir qrup silahlı əraziyə soxulub.

Nanqahar əyalətinin qubernatoru bildirib ki, asayiş keşikçiləri ilə terrorçular arasında atışma olub.

Hüquq müdafiəsi təşkilatının ofisinin yaxınlığında isə məktəb yerləşir. Şahidlər məktəblilərin atışmadan xilas olmaq məqsədi ilə qaçdıqlarını söyləyiblər. Hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.