Təhsil Nazirliyi YENİ TƏKLİF hazırladı


Digərləri 24 Yan 2018 12:09:00 311 0

Təhsil Nazirliyi YENİ TƏKLİF hazırladı

2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklər edilə, 1-ci siniflərdə isə summativ qiymətləndirilmə, ümumiyyətlə, ləğv edilə bilər.

Son.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi Trend-in sorğusuna cavab olaraq, bildirib.

Nazirlikdən bildirilib ki, summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Hazırda layihə sənədi müzakirə mərhələsindədir.

Sənədə əsasən, birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur.

5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlərin aparılması təklif edilir.

Lisey, gimnaziya, məktəb-liseylərdə Pedaqoji Şuranın qərarına əsasən müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzə böyük summativlər keçirilə bilər. 10-11-ci təmayül siniflərdə təmayül fənlər üzrə böyük summativ qiymətləndirmənin keçirilməsi təklif olunur: