"Bayern Munich" Beylin qiymətini baha hesab edib


İdman 24 Yan 2018 12:09:00 342 0

"Bayern Munich" Beylin qiymətini baha hesab edib

"Real"ın yarımmüdafiəçisi Qaret Beyl bu qış, böyük ehtimalla Madrid klubunda qalacaq. Onunla "Manchester United", "Liverpool" və "Bayern Munich" maraqlansa da, əməli fəaliyyət göstərməyiblər. Goal.az "Bild"ə istinadən xəbər verir ki, "Bavariya" ulesli ulduzun qiymətini yüksək hesab edib. "Real" Beyli satmaq üçün 200 milyon avro istəyir. Münhen klubunun transfer siyasəti isə astronimik məbləğə futbolçu almağa imkan vermir. Buna baxmayaraq, "Bayern" gələcəkdə Beylin transferi məsələsinə yenidən qayıda bilər. 28 yaşlı vinqerin "Real"la cari müqaviləsi 2022-ci ilin yayına kimi qüvvədədir. Onun buraxılış qiyməti isə 500 milyon avrodur.