Yaponiyadan ABŞa TƏLƏB:


Dünya 24 Yan 2018 11:56:00 334 0

Yaponiyadan ABŞa TƏLƏB:

Yaponiyanın Müdafiə Nazirliyi ABŞ hərbi komandanlığından AH-1 vertolyotlarının uçuşuna qadağa qoymağı tələb edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu tələb yanvarın 23-də hərni helikopterin Okinava prefekturasının ərazisinə təcili eniş etməsi ilə bağlı insidentdən sonra irəli sürülüb.

Müdafiə naziri İtsunori Onodera bildirib ki, son bir ay ərzində ABŞ hərbi vertolyotlarının 3 dəfə hərbi bazadan kənara eniş etməsi qəbuledilməzdir: "Bu hadisə Okinava sakinlərini narahat edir".