Olimpiadada ruslara bayraq qadağası


İdman 24 Yan 2018 11:31:00 335 0

Olimpiadada ruslara bayraq qadağası

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Qış Olimpiya Oyunları – 2018-də iştirak etməyən ölkələrin azarkeşlərinə öz dövlətlərinin bayraqlarını stadionlara keçirməsini qadağan edib.

Goal.az xəbər verir ki, bu barədə Olimpiadanın Təşkilat Komitəsinin məlumatında deyilir.

Beləliklə, Rusiya bayrağı da qadağa altında olacaq. Çünki Rusiya idmançıları yarışlarda Olimpiya bayrağı altında çıxış edəcəklər.