Çin yenə dünyanı heyrətləndirdi: bir gecəyə dəmiryol xətti çəkdilər VİDEO FOTO


Dünya 24 Yan 2018 11:20:00 271 0

Çin yenə dünyanı heyrətləndirdi: bir gecəyə dəmiryol xətti çəkdilər  VİDEO  FOTO

Çinlilər dünyanı təəccübləndirməkdə davam edirlər. Son illər ərzində tez-tez texnoloji yeniliklərlə dünyanın gündəmini zəbt edən Çin bu dəfə bir gecəyə dəmiryol xətti inşa etməklə heyrətləndirib.

Son.az kuryoz-a istinadən xəbər verir ki, yanvarın 19-dan 20-nə keçən gecə 1500 fəhlədən ibarət heyət yeni vağzal üşün əlavə dəmiryol qanadının inşasına başlayıb və 9 saat ərzində xətti hazır vəziyyətdə təhvil verib.

Onlar təkcə dəmiryol xəttini döşəməklə kifayətlənməyiblər, həmçinin işıqforlar və trafikin monitorinqi vasitələrini də quraşdırıblar.

İnşaat işlərinin görülməsinə əlavə texnika - 7 qatar və 23 ekskavator da cəlb edilib. İnşaatçılar 7 briqadaya bölünüblər və parallel olaraq müxtəlif işləri görüblər.Yeni dəmiryol qanadı 3 böyük xətti Nanlun vağzalı ilə birləşdirib. 


Xəbərə aid fotolar