Fuad Ələsgərov və Zakir Həsənov cəbhə xəttində FOTO


Digərləri 24 Yan 2018 11:17:14 555 0

Fuad Ələsgərov və Zakir Həsənov cəbhə xəttində  FOTO

Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.


Xəbərə aid fotolar