9 illik qalmaqalın sonu... Barışıq VİDEOsu FOTO


Şou-biznes 24 Yan 2018 10:53:00 340 0

9 illik qalmaqalın sonu...  Barışıq VİDEOsu  FOTO

Doqquz ildir ki, bir-birilərinə atmacalar atan, qalmaqallar yaşayan və onların söz davaları məhkəməyə qədər gedib çıxan Azərbaycanın iki məşhur müğənnisi: Aygün Kazımova və Natavan Həbibi barışıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, xalq artisti A.Kazımova ilə N.Həbibi ötən gün tanınmış radio aparıcısı Kazım Sübhanın doğum günündə olublar. 

Az sayda məşhurların qatıldığı gecədə iki ulduz rəqs ediblər, əyləniblər.  Həmin anları jurnalist Şahin Cavadsoy lentə alaraq instaqram səhifəsində paylaşıb. 

Qeyd edək ki, "Nömrə 1" yarışmasında Natavanın Aygünə qalib gəlməsi onların münasibətlərini pisləşdirmişdi. Kazımovanın həmkarının erməni milliyyətinə mənsub olduğunu açıqlamasından sonra N.Həbibi xalq artistini onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi.


Xəbərə aid fotolar