İİTKM: Azərbaycanın "İnklüziv İnkişaf İndeksi 2018" hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir


Digərləri 24 Yan 2018 10:25:00 225 0

İİTKM: Azərbaycanın "İnklüziv İnkişaf İndeksi 2018" hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir

Azərbaycanın "İnklüziv İnkişaf İndeksi 2018" hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir.

Bakı. Dünya İqtisadi forumunun nüfuzlu indeksi sayılan “İnklüziv İnkişaf İndeksi 2018”də Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşıb. Dünya İqtisadi Forumunun İnklüziv inkişaf hesabatında Azərbaycan Litva və Macarıstan istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə qoyub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Trend-ə bildirib ki, Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında inkişaf etməkdə olan ölkələr üzrə ilk üçlükdə, MDB-də isə lider olması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sürətli, məqsədyönlü, inklüziv iqtisadi islahatlara beynəlxalq qiymətdir. N.Hacızadə həmçinin, Azərbaycanın İnklüziv İnkişaf İndeksi 2018”də irəliləməsinin vacibliyi barədə danışaraq qeyd edir ki, hesabatın əsas qayəsi insanların maddi və sosial rifah halının, məşğulluq, sağlam həyat gözləntilərinin qiymətləndirilməsi və ölçülməsidir. Sözügedən indeks üzrə Azərbaycan ilk üçlükdə qiymətləndirilib ki, bu, Azərbaycanda əhalinin sosial rifah halının digər ölkələrə nisbətdə daha yaxşı olması, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkədə apardığı sosial iqtisadi islahatların tərkib hissəsidir. Hesabatı tədqiq və təhlil etdikdə, müşahidə etmək mümkündür ki, müxtəlif indikatorlar üzrə Azərbaycanın mövqeyi bir sıra Avropa ölkələrindən və bütün MDB-dən daha yaxşıdır. Qeyd edək ki, İnklüziv inkişaf indeksi 3 əsas indikator olmaqla, 12 sub-indikatora əsasən formalaşır. “Artım və İnkişaf”, “İnklüzivlik”, “Nəsillərarası bərabərlik və dayanıqlılıq” əsas indekslər olmaqla inkişaf etmiş və inkişafda olan ölkələrin reytinqini formalaşdırır. “İnklüziv İnkişaf İndeksi 2018” hesabatı ölkələrin adam başına düşən ÜDM, əmək məhsuldarlığı, sağlam həyat gözləntiləri, məşğulluq, CİNİ əmsalı+, yoxsulluq dərəcəsi, xalis yığımların tənzimlənməsi və s. sub indikatorlar əsasında qiymətləndirir. Sözügedən hesabatın ilk indikatoru sayılan “Artım və İnkişaf” göstəricisi əsas makroiqtisadi sub-indikatoru sayılan və ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri adambaşına düşən ÜDM üzrə, habelə əhalinin məşğulluğu, əmək məhsuldarlığı və tibbi nöqteyi cəhətdən sağlam insanların gözləntiləri üzrə Azərbaycan yüksək qiymətləndirilib. Şübhəsiz ki, bütün bunlar Azərbaycan Respublikası Prezidentinin son illər apardığı dərin iqtisadi islahatların nəticəsidir. Əhalinin bütün təbəqələrinin maddi və sosial rifah halını daima diqqətdə saxlayan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizdə apardığı sosial siyasət beynəlxalq reytinqlər tərəfindən obyektiv və yüksək şəkildə qiymətləndirilib.