Səfir: Macarıstan Azərbaycanın Avropa bazarlarına çıxış nöqtəsi olmaq istəyir (ÖZƏL)


Digərləri 24 Yan 2018 09:21:00 234 0

Səfir: Macarıstan Azərbaycanın Avropa bazarlarına çıxış nöqtəsi olmaq istəyir (ÖZƏL)

Macarıstan Azərbaycanın Avropa bazarlarına çıxış vasitəsi olmaq istəyir.

Bakı. Ləman Zeynalova - Macarıstan Azərbaycanın Avropa bazarlarına çıxış nöqtəsi olmaq istəyir. Bu barədə Trend-ə və Azernews-a özəl müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib. Səfir bildirib: "Biz Azərbaycana şərq bazarlarına çıxış qapısı kimi baxırıq və istəyirik ki, Azərbaycan Macarıstanı Avropa İttifaqı bazarlarına çıxış nöqtəsi hesab etsin". Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyətindən danışan V.Sederkenyi deyib ki, Avropa ilə Asiyanı birləşdirən istənilən infrastruktur layihəsi Macarıstan üçün mühüm əhəmiyyət kəsb edir: "Bununla əlaqədar, biz BTQ dəmir yoluna böyük əhəmiyyət veririk, çünki o, Asiya ilə Avropa arasında yük daşınmasının zamanını azaltmağa imkan verəcək və rəqabət qabiliyyətli tarif sistemini təmin edəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin