DİN: Bir gündə axtarışda olan 19 nəfər saxlanılıb


Digərləri 24 Yan 2018 09:11:00 203 0

DİN: Bir gündə axtarışda olan 19 nəfər saxlanılıb

Yanvarın 23-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Bakı. Samir Əli - Yanvarın 23-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin gün axtarışda olduğuna görə, 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.