Bakıda motosiklet aşıb, sürücü ağır yaralanıb


Digərləri 24 Yan 2018 08:43:00 241 0

Bakıda motosiklet aşıb, sürücü ağır yaralanıb

Bakının Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, rayon ərazisində hərəkətdə olan motosikletin aşması nəticəsində 1996-cı il təvəllüdlü Vəliyev Rabil Natiq oğlu açıq kəllə-beyin travması alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.