Kolumbiya prezidenti ölkənin Venesueladakı səfirini geri çağırıb


Dünya 24 Yan 2018 08:39:08 255 0

Kolumbiya prezidenti ölkənin Venesueladakı səfirini geri çağırıb

Ölkə hökuməti Karakasa hələ ki, səfir təyin etmək niyyətində deyil

Kolumbiya prezidenti Xuan Manuel Santos ölkənin Venesueladakı səfiri Rikardo Losanonu geri çağırıb və onu digər ölkəyə göndərib. Losano Kosta-Rikada səfir təyin edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mariya Anxela Olqin deyib.

Bildirilir ki, iki ölkə arasında yaranan mürəkkəb münasibətlər səbəbindən, Kolumbiya hökuməti Karakasa hələ ki, yeni səfir təyin etmək niyyətində deyil. Kolumbiyanı Venesuelada müvəqqəti işlər vəkili Herman Kastanyeda təmsil edir.