Bakıda sexdə partlayış: işçilərdən biri ayağını itirib


Digərləri 24 Yan 2018 08:38:00 234 0

Bakıda sexdə partlayış: işçilərdən biri ayağını itirib

Bakının Qaradağ rayonunda yerləşən metaləritmə sexində bədbəxt hadisə baş verib.

Son.az report.az-a istinadən bildirir ki, müəssisədə qeydə alınan partlayış zamanı 1982-ci il təvəlüdlü Ədilov Mustafa Kamal oğlu xəsarət alıb.

Partlayış o, cihazda işləyən zamanı baş verib. İşçi dizində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun sol ayağı amputasiya edilib.