Benqazidə partlayışlar zamanı ölənlərin sayı 33-ə çatıb, 70-dən çox yaralı var - YENİLƏNİB


Dünya 24 Yan 2018 07:44:00 256 0

Benqazidə partlayışlar zamanı ölənlərin sayı 33-ə çatıb, 70-dən çox yaralı var - YENİLƏNİB

Partlayışlar məscid yaxınlığında insanlar namazdan sonra bayıra çıxmağa başladığı zaman baş verib

Liviyanın Benqazi şəhərində baş verən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb, 70-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli hökumətə istinadən "Al Arabiya" məlumat yayıb.

Telekanalın məlumatına görə, partlayışlar məscid yaxınlığında insanlar namazdan sonra bayıra çıxmağa başladığı zaman baş verib.

***02:38

Bakı. 24 yanvar.