Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib


Dünya 24 Yan 2018 06:18:41 274 0

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb

Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatı zamanı 260 terrorçunu məhv ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

"Son məlumatlara görə, əməliyyat zamanı PYD/ YPG, PKK və İŞİD qruplaşmalarının azı 260 yaraqlısı məhv edilib", - deyə bəyanatda qeyd olunur.