Azərbaycandan Türkiyəyə önəmli dəstək


Digərləri 24 Yan 2018 05:30:00 322 0

Azərbaycandan Türkiyəyə önəmli dəstək

Qardaş ölkənin mediası rəsmi Bakının Afrin əməliyyatına verdiyi dəstəyə geniş yer ayırıb 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Türkiyə üçün strateji dəyərə malik Afrin əməliyyatı dünyanın diqqət mərkəzindədir. Qardaş ölkə üçün təkcə təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan önəmli olan bu bölgə neçə gündür ki, hərbi əməliyyatlara şahidlik edir. Əksəriyyət hesab edir ki, cənubda İdlib, şərqdə Azezinin yerləşdiyi Afrin PKK terrorçularının işğalında qaldıqca, vəziyyət təhlükəli olaraq qalacaq. Belə bir mürəkkəb durumda Türkiyənin yanında yer alan, onu müdafiə edən ölkələr barmaqla sayılacaq qədərdir. 

Bütün hallarda olduğu kimi, bu dəfə də Azərbaycanda qardaş ölkənin atdığı addımları və siyasəti dəstəkləmə kampaniyası geniş vüsət alıb. Azərbaycan politoloqları, ekspertlər, millət vəkilləri sosial şəbəkələrdə yazdıqları statuslarında birmənalı olaraq Türkiyənin atdığı addımları dəstəkləyirlər. Türkiyə Suriyanın şimalındakı kürd bölgələrinin - Kobani və Afrin xəttinin birləşdirilməsi, beləliklə, özünün cənub sərhədlərində kürd qurşağının yaradılması cəhdlərini milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir. Statuslarda xüsusi qeyd edilir ki, Afrin məsələsinin Türkiyənin təhlükəsizliyi üçün xüsusi əhəmiyyəti var. Belə ki, ilk növbədə Türkiyə 911 km-lik Suriya ilə sərhədində terror ordusunun yaradılmasının qarşısını almış olacaq. Eyni zamanda PYD/YPG/PKK ittifaqının Aralıq dənizinə çıxmaq imkanlarını məhdudlaşdıracaq, özünün Hatay və Kilis bölgələrinə buradan bilavasitə gələn təhdidləri önləmiş olacaq. Suriya ilə sərhəddə 10 min km. ərazinin Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətinə verilməsi, sərhəd bölgəsində 30 km güvənli bölgənin yaradılması, terrorçuların Amanos dağlarından sızaraq Türkiyəyə keçməsinin qarşısının alınması, "Fərat qalxanı"nın güvənlyinin davamlılığı, ABŞ-ın Suriyada möhkəmlənməsinin qarşısının alınması da bu əməliyyatın başlıca məqsədlərindəndir.

Afrin ilə Kobanini birləşdirərək kürd dəhlizi yaratmaqla, Türkiyənin ərəb dünyası ilə əlaqəsinin kəsilməsinə çalışırlar. Bu səbəbdən Afrin əməliyyatı mühasirəni yarmaq baxımından önəmlidir. ABŞ və Rusiya ilə münasibətlərə gəlincə, artıq bu dövlətlər öz mövqeyini bildirib. 


Xəbərə aid fotolar