Rumıniya prezidenti xarici ölkələrin səfirləri ilə görüşüb


Siyasət 24 Yan 2018 05:15:21 287 0

Rumıniya prezidenti xarici ölkələrin səfirləri ilə görüşüb

Ənənəvi illik görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov da iştirak edib

Bu gün Rumıniya prezidenti Klaus İohannis Buxarestdə akkreditə olunmuş xarici diplomatik korpusun rəhbərləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüşdə çıxış edən Rumıniya prezidenti ölkəsinin ötən il əldə etdiyi uğurlar və qarşıdakı illərdə həyata keçiriləcək layihələr barədə diplomatlara məlumat verib.

Prezident Rumıniyanın xarici siyasətinin istiqamətləri barədə danışıb. Bildirib ki, ötən illərdə olduğu kimi, bu il də, xarici siyasətdə ABŞ-la strateji tərəfdaşlığın davam etdirilməsi, Avropa Birliyi və NATO ilə münasibətlərin möhkəmləndirilməsi yer alıb. K. İohannis Rumıniyanın Qafqazda və Mərkəzi Asiya regionundakı tərəfdaşları ilə da münasibətlərin inkişaf etdirilməsinə lazımi diqqət yetiriləcəyini də əlavə edib.

Ənənəvi olaraq hər il Buxarest şəhərində yerləşən prezident iqamətgahı Kotroçendə keçirilən görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov da iştirak edib.