Bakıda sexdə partlayış nəticəsində bir nəfər yaralanıb


Sosial 24 Yan 2018 04:45:15 264 0

Bakıda sexdə partlayış nəticəsində bir nəfər yaralanıb

İşçilərdən biri ayağını itirib

Bakının Qaradağ rayonunda yerləşən metaləritmə sexində bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, müəssisədə qeydə alınan partlayış zamanı 1982-ci il təvəlüdlü Ədilov Mustava Kamal oğlu xəsarət alıb.

Partlayış o, cihazda işləyən zamanı baş verib. İşçi dizində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun sol ayağı amputasiya edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.