Türkiyə və Rusiya prezidentləri Afrindəki vəziyyəti müzakirə ediblər
Dünya 24 Yan 2018 02:57:52 283 0
Söhbət telefon vasitəsi ilə baş tutub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin çərşənbə axşamı telefon söhbəti ediblər.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, onlar Suriyadakı vəziyyəti, eləcə də, Afrində aparılan "Zeytun budağı" kod isimli hərbi əməliyyatına toxunublar.
Türkiyə liderinin administrasiyası məlumat yayıb ki, söhbət zamanı Ərdoğan Putinə iki ölkənin Suriyada əməkdaşlığına böyük əhəmiyyət verdiyini bildirib.
Mənbə: report.az