Azərbaycanın Şamaxıdan Naxçıvanadək 6 əfsanəvi qalası FOTO


Digərləri 24 Yan 2018 02:30:00 344 0

Azərbaycanın Şamaxıdan Naxçıvanadək 6 əfsanəvi qalası  FOTO

Son.az AZƏRTAC-a istinadən yazını təqdim edir.

Qalalar, bürclər, qalaçalar və digər istehkam tikililəri əsrlər boyu Azərbaycan şəhərləri və xanlıqlarının sərhədlərini qoruyub. Onların neçə düşmən hücumunun qarşısını və neçə məkrli planı pozması saya gəlməz. Azərbaycanın böyük hökmdarlarını taleyi bu tikililərin çoxu ilə sıx bağlıdır, qalaların öz tarixləri isə zaman keçdikcə əfsanəyə çevrilib.

Biz bu daycestdə Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoymuş bir neçə qaladan bəhs edəcəyik.

Cavanşir qalası

İsmayıllının qüruru olan bu qala görkəmli alban sərkərdəsi və hökmdarı, 642-681-ci illərdə hakimiyyətdə olmuş Cavanşir Mehraninin adı ilə bağlıdır. Əsası Mehranilər sülaləsi tərəfindən qoyulmuş Girdman knyazlığı müasir İsmayıllı ərazisində yerləşirdi. Sülalə öz hakimiyyətini sonralar bütün Albaniya ərazisində yaymışdı.

Qala Ağçayın sağ sahilində, rayon mərkəzindən 7 kilometr və İsmayıllının ən qədim yaşayış məskənlərindən olan Talıstan kəndindən 4 kilometr məsafədə yerləşir. "Talıstan" toponimi "tala məskəni" mənasını verir. Kəndin ətrafında dörd qədim yaşayış məskəni və beş qəbiristanlığın izləri qalıb. Ötən əsrin 60-cı illərində burada aparılmış ilk arxeoloji qazıntılar nəticəsində müəyyən edilib ki, bu ərazinin azı 2 minillik tarixi var.

Kənddən Cavanşir qalasına ya atla, ya da piyada getmək olar. Erkən orta əsrlərin bu möhkəm müdafiə sistemi xarici və daxili (içqala) hissələrdən ibarətdir. Cənub divarının eni 2 metrə, hündürlüyü 10 metrə çatır. Sahəsi 2 hektar olan İçqala ən hündür qayanın üstündə ucaldılıb.

Hesab edilir ki, məhkum olunan insanları bu qayadan atırdılar. Cavanşir qalasından 7 kilometr məsafədə yerləşən Qız qalasına yeraltı yol çəkilmişdi. Zaman keçdikcə bu yol dağılıb, lakin onun bəzi hissələri dövrümüzə gəlib çatıb.

Cavanşir uzun illər apardığı mübarizədən sonra 667-ci ildə ərəb xilafətinin vassallığını qəbul etmişdi. Bu, Azərbaycan tarixində dönüş mərhələsi olub və İslamın ölkənin hər yerində yayılmasına şərait yaradıb.

Qalanın ərazisində sıx meşə ilə əhatə olunmuş şəlalə var. Bu meşəlik piknik üçün ideal yerdir.

Şəki qalası

Şəhərin şimal-şərqində ucaldılmış Şəki qalası Şəkinin ilk xanı Hacı Çələbinin hakimiyyəti dövründə (1743-1755) tikilib. Qala xanın iqamətgahı olub. Qala üçün yer nəinki hərbi-strateji, həm də şəhərin bu hissəsində əlverişli mikroiqlim baxımından uğurludur. Qala divarlarının ümumi uzunluğu 1300 metr, şimal divarının hündürlüyü 4 metr, cənub divarının hündürlüyü 8 metr, qalınlığı 2,2 metrdir.

Qalanın cənub və şimal tərəfdən iki darvazası və müdafiə bürcləri var. Qalanın dağıdılmış hissələri sovet dövründə bərpa edilib. Qalanın içərisində müxtəlif dövrlərdə 40-dək tikili olub. Onlardan ən başlıcası 1762-ci ildə mismarsız tikilmiş Şəki xan sarayıdır.

Gələrsən-Görərsən qalası

Şəkinin ən məşhur tarixi məkanlarından biri olan "Gələrsən-Görərsən" qalası qala Kiş çayının yuxarı axınının sol sahilində şəhərin 4 kilometr şimalında Qaratəpə dağının zirvəsində yerləşir. Ehtimallara görə, qalanın təməli XV əsrdə Şəki hökmdarı Əlican tərəfindən qoyulub.

Qalanın adı Nadir şahın Şəki xanlığına hücumu ilə bağlıdır. 1743-cü ildə özünü Şəki xanı elan edən Hacı Çələbi həmin qalaya sığınıb və Nadir şahın tələblərini rədd edib. Qəzəblənmiş şah, Çələbinin itaət göstərməməsinin səbəbini öyrənmək istəyib. Qalanın möhkəmliyinə arxayın olan Çələbi xan Nadir şaha "gələrsən-görərsən" cavabını göndərib. Həqiqətən də 1744-cü ildə böyük ordu ilə Şəkiyə gələn Nadir şah qalanı fəth edə bilməyərək geri qayıtmağa məcbur olub. Bu hadisədən sonra qala xalq arasında "Gələrsən-Görərsən" adlandırılıb.

Qala bu gün Şəkiyə gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Onun xarabalıqları alatoranlıqda xüsusilə sirli görünür. Qalanın ərazisində dibi görünməyən çoxlu dərin quyular var. Bəzi mülahizələrə görə, bu, düşmən üçün tələdir. Habelə qalada yeraltı yolun olması da ehtimal edilir.

Qala divarlarından təbiətə - yaşıl meşələrlə örtülü uca dağlara və Kiş çayına gözəl mənzərə açılır.

Gəncə qalası

Qədim Gəncənin zəngin və maraqlı tarixi şəhərin çoxsaylı memarlıq abidələrində əksini tapıb. Belə abidələrdən biri Gəncə qalasıdır. Onun möhkəm divarlarının qalıqlarını ən qədim şəhər parkı olan "Xan bağı"nın ərazisində görmək mümkündür.


Xəbərə aid fotolar