Bakıda motosiklet aşıb, sürücü ağır yaralanıb
Sosial 24 Yan 2018 00:53:17 282 0
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır
Bakının Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, rayon ərazisində hərəkətdə olan motosikletin aşması nəticəsində 1996-cı il təvəllüdlü Vəliyev Rabil Natiq oğlu açıq kəllə-beyin travması alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə: report.az