İsrailin baş naziri Davosda Azərbaycan Prezidenti ilə görüşəcək


Siyasət 24 Yan 2018 00:28:46 258 0

İsrailin baş naziri Davosda Azərbaycan Prezidenti ilə görüşəcək

Görüş Ümumdünya İqtisadi Forumu çərçivəsində planlaşdırılıb

İsrailin baş naziri Binyamin Netanyahunun İsveçrənin Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə İsrailin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Binyamin Netanyahu yanvarın 23-də Ümumdünya İqtisadi Forumunun işində iştirak etmək üçün Davosa yola düşüb. Onun Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko, həmçinin Kanada və Niderlandın baş nazirləri Castin Trüdo və Mark Rütte ilə görüşləri planlaşdırılıb.

Ümumdünya İqtisadi Forumu yanvarın 23-dən 26-dək davam edəcək.