Prezident İlham Əliyevin ABŞın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşü olub FOTO


Siyasət 23 Yan 2018 23:59:00 288 0

Prezident İlham Əliyevin ABŞın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşü olub  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda ABŞ-ın "Blackstone" şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirdi. O, "Blackstone" şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğuladı.

Prezident İlham Əliyev "Blackstone" şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirdi. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olundu.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərə aid fotolar