Anders Samuelsen: "Münaqişənin tezliklə həllinə nail olmalıyıq"


Siyasət 23 Yan 2018 23:52:00 294 0

Anders Samuelsen: "Münaqişənin tezliklə həllinə nail olmalıyıq"

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsinə nail olmalıyıq".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa Şurası Nazirlər Komitəsinin sədri, Danimarkanın xarici işlər naziri Anders Samuelsen Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun sualına cavabında bildirib

Onun sözlərinə görə, vətəndaşların Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən zərər çəkməsi təəssüf doğurur: "Azərbaycan və Ermənistanın beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdükləri öhdəliklərə əməl etməsi və bu münaqişənin sülh yolu ilə nizamlanması çox vacibdir. Mən bu istiqamətdə ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirəm. Çünki ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm görüşlər keçirilir. Ona görə də bu səylərin tezliklə müsbət nəticələr verəcəyinə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə ümidvaram".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin