Turşu yemək ürəyi qoruyur


Digərləri 23 Yan 2018 23:55:00 398 0

Turşu yemək ürəyi qoruyur

Sağlamlıq baxımından bir çox faydaları olan tərəvəzlərdən hazırlanan və sirkə suyu, kök, turşulu xiyar, yaşıl pomidor, bibər, soğan, sarımsaq, kələm yarpağı, kərəviz yarpaqları kimi başqa qidalarla yaxşıca zənginləşdirilən turşu, həm yağ ehtiva etmədiyi üçün, həm də demək olar ki, kalorisiz qida olduğu üçün arıqlama məqsədiylə də istifadə edilə bilər. Turşu yalnız arıqlamaq üçün deyil, başqa faydaları səbəbiylə də sağlam bir həyat üçün istifadə edilməlidir.

Son.az deyerler.org-a istinadən bildirir ki, turşu bir çox baxımdan sağlam bir yeməkdir. Mədə və bağırsaq problemləri və xüsusilə də həzm şikayətləri olanlar üçün tərəvəz və xiyar kimi yeməklərdən hazırlanan turşu istehlakı fayda verir. Bu qidalarda olan yüksək nisbətdəki qida lifləri, həzm sisteminin daha sağlam işləməsini təmin edir.

Digər tərəfdən turşu istehsalında istifadə edilәn tərəvəzlər ümumiyyətlə antioksidant baxımından son dərəcə zəngin qidalar olduqları üçün xərçəng hüceyrələrini məhv edir və bu səbəbdən xərçəngi əngəlləyən xüsusiyyətlərə sahibdir.

Turşu istehsalında istifadə edilәn üzüm və ya alma sirkəsi pektin adı verilən və ürəyə yaxşı təsir edən bir növ bioloji maddə ehtiva edir.