Azərbaycan prezidentinin ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşü olub


İqtisadiyyat 23 Yan 2018 23:50:29 302 0

Azərbaycan prezidentinin ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşü olub

Prezident İlham Əliyev “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb.

“Report” xəbər verir ki, Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirdi. O, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğuladı.

Prezident İlham Əliyev “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirdi. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olundu.