Almaniyanın ifrat sağçıları İslamı qəbul etdi


Dünya 23 Yan 2018 23:49:00 265 0

Almaniyanın ifrat sağçıları İslamı qəbul etdi

Almaniyanın ifrat sağçı partiyası Almaniya üçün Alternativ (AfD) Partiyasının Brandenburq əyaləti üzrə nümayəndəsi Artur Vaqner İslamı qəbul edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə A.Vaqnerin özü məlumat verib. O, İslamı qəbul etmənin şəxsi məsələ olduğunu bildirib.

AfD-nin digər nümayəndəsi Andreas Kalbitz də müsəlmanlığı qəbul etdiyini bildirib.

O, "Maerkische Allgemeine Zeitung" qəzetinə açıqlamasında insanların dini seçim məsələsində sərbəst olduqlarını və bunun partiyanın digər üzvlərinə heç bir narahatlıq yaratmadığını bildirib.