Prezident İlham Əliyev “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb


Digərləri 23 Yan 2018 23:41:13 385 0

Prezident İlham Əliyev “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə görüşüb

Bakı. Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə görüşüb. Metyu Piqas “Lazzard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirdi. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğuladı. Prezident İlham Əliyev “Lazzard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirdi və onun Azərbaycanda gələcək fəaliyyətinin də uğurlu olacağına əminliyini ifadə etdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin