"Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir"


Siyasət 23 Yan 2018 23:12:00 315 0

"Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir"

Fransa Rusiya və ABŞ-la birgə Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir.

Son.az "Report"a istinadən bildirir ki, bunu Fransa prezidenti Emanuel Makron erməni həmkarı ilə görüşdən sonra jurnalistlərə deyib.

Makron bildirib ki, :

"Fransa tərəflər arasında mübahisədə qərəzsiz vasitəçi missiyasına sadiqdir. Biz rusiyalı və amerikalı tərəfdaşlarımız ilə birgə bu münaqişənin həllinə yardım edə biləcək istənilən təşəbbüsə getməyə hazırıq".

"Mən bilirəm ki, sülhün təbliği son dərəcə çətindir və arzu edirəm ki, görüşlər konkret nəticə versin", - deyə Fransa prezidenti əlavə edib.

Makron Azərbaycan və Ermənistan prezidetləri arasında Cenevrə görüşü, həmçinin bu yaxınlarda Krakovda xarici işər nazirləri səviyyəsində görüşün əhəmiyyətini vurğulayıb.

Fransa lideri bu görüşü müsbət kimi xarakterizə edib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin