Appleın direktoru qardaşı oğluna sosial şəbəkələrdə olmağa


Digərləri 23 Yan 2018 23:05:00 281 0

Appleın direktoru qardaşı oğluna sosial şəbəkələrdə olmağa

Apple şirkətinin baş icraçı direktoru Tim Cook qardaşı oğlunun sosial şəbəkələrdə olmasını istəmədiyini deyib.

Eyni zamanda Britaniyada yaxında keçirilən sorğunun nəticələri, Facebook, Twitter və YouTube kimi sosial şəbəkələrə ictimai etimadsızlığın artdığı göstərir.

Son zamanlar sosial platformalar problemlərin mövcud olduğunu ehtiraf ediblər.

Şirkətlərin etirazına baxmayaraq, bir ekspert texnologiya şirkətlərinin daha sərt qanunlara idarə edilməsini təklif edib.

Yaş hüdudları

Britaniyanın Essex qraflığında yerləşən Harlow College-dəki kodlaşdırma tədbirində iştirak edən cənab Cook Guardian qəzetinin müxbirinə bildirib: "Mənim öz uşağım yoxdur, lakin qardaşımın uşağına məhdudiyyətlər qoyuram."

"Bəzi şeylərə icazə vermirəm. Mən onların hansısa bir sosial şəbəkədə olmalarını istəmirəm."

Cənab Cook qardaşı oğlunun neçə yaşı olduğunu açıqlamayıb, lakin 2015-ci ilin mart ayında onun 10 yaşı olduğunu bildirmişdi.

ABŞ-ın Uşaqların Onlayn Məxfiliyinin Müdafiəsi Aktı (Coppa) texnologiya şirkətlərinin yaşı 13-dən aşağı olanlardan toplanılan məlumatları məhdudlaşdırır. Nəticədə bir çox sosial şəbəkə gənc istifadəçilərə xidmətlərindən istifadəyə icazə vermir.

Dekabr ayında Facebook 13 yaşından gənc olanlar üçün Messenger proqramının xüsusi versiyasını buraxıb

Keçən noyabr ayında Britaniyanın yayım tənzimləmə qurumu Ofcom bildirmişdi ki, Britaniyada sosial şəbəkələrdən yaş həddi altında istifadə atmaqdadır.

Uşaqların müdafiəsi üzrə xeyriyyə təşkilatı NSPCC isə Facebook, Instagram və Snapchat şəbəkələrini bu problemlə "qöz yum"maqda təqsirləndirib.

Təbliğat kampaniyaları

Son ayları sosial şəbəkələr müxtəlif şikayət və tənqidlərlə üzləşiblər.

Şikayətlərdən biri şəbəkələrin "saxta xəbər" və təbliğat kampaniyası tərəfindən manipulyasiya edilməsinə verdikləri imkanlardır.

Cümə günü Twitter etiraf etdi ki, 2016-cı il ABŞ seçki kampaniyası dövründə Rusiya ilə əlaqəli hesablar şəbəkədən istifadə edərək narazılıq yaymağa cəhd ediblər.

Bu səbəbdən şirkət ABŞ-da yerləşən 677,775 hesaba email göndərərək onların Rusiya ilə əlaqəli hesabları ya təqib etdikləri və ya onların paylaşımlarını "bəyəndiklərini" ya da ki, yenidən paylaşdıqları barədə xəbərdarlıq verəcəyini bildirib.

Facebook-un iki yüksəkvəzifəli menecerləri də öz şəbəkələrində problemlərin mövcud olduğunu etiraf ediblər.

"Biz yeni təcrübələr yaratmağa həddindən artıq yatırım qoymuşuq və sui-istifadəyə qarşını almağa lazımi qədər yatırım qoymamışıq", Facebook-un ictimai siyasət rəhbəri Elliot Schrage bazar günü keçirilən DLD Munich (Münhen) konfransında qeyd edib.

Facebook-un baş icraçı direktoru Mark Zuckerberg-də ilin əvvəli buna bənzər sözləri paylaşıb.

Facebook-un ictimai əlaqələrə məhsul meneceri Samidh Chakrabarti də öz bloqunda yazıb ki, media şirkətləri sahib olduqları təsirin gücünə diqqət verməlidirlər.