Tanınmış müğənni: “Siz kimsiz?”


Şou-biznes 23 Yan 2018 22:52:00 353 0

Tanınmış müğənni: “Siz kimsiz?”

Dünya TV-də "Bu bizik" proqramının növbəti bölümü efirə gedib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, verilişin bu dəfəki qonağı 80-ci illərdə parlayan tanınmış müğənni Azad Zamanov olub.

İndiki gənc müğənnilərlə yaşıdlarını müqayisə edən Azad Zamanov bəzi məqamlarla razılaşmadığını qeyd edib: "Bizim vaxtımızda bəstəkarlarla şairlər birlikdə əsər yaradırdılar. Müğənnilər də o əsərləri məsuliyyətlə ifa edib, insanlara təqdim edirdilər. Ona görə də, retro mahnılarımız bu qədər sevilir.

İndikilər efirə çıxan kimi başlayırlar ki, bu mahnının sözü də mənə məxsusdur, musiqisi də, elə özüm də oxuyacam. Başa düşə bilmirəm ki, bunun əsl peşəsi nədir? Axı siz kimsiz?"